“Turan Tovuz” baş məşqçisi Kurban Berdıyev klubun televiziyasına müsahibə verib.

Offsideplus.az xəbər verir ki, rusiyalı mütəxəssis komandanın mövsümün ikinci hissəsinə hazırlığı və legioner limitinin ləğvinə münasibət bildirib.

- Komandanın mövsümün ilk yarısındakı çıxışını necə qiymətləndirirdiniz.

- Ümumi götürsən nəticələrdən məmnunam. Əgər mövsümün əvvəlində kimsə desəydi ki, ilk yarını 3-cü pillədə yekunlaşadıracağıq və bu qədər xal toplayacağıq, bu fikirlə razı qalardıq və məmnun olardıq. Bəzi matçlar oldu ki, daha yaxşı oynayıb qələbə qazana bilərdik və tam razı qalardıq.

- Hazırda komandanın Türkiyədə təlim-məşq toplanışı davam edir. Hazırlıq barədə danışmaq istərdik. Proses tələblərinizə və istəklərinə nə dərəcədə cavab verir?

- Bəli yaşı şərait yaradılıb və hava da əlverişlidir. Təlim-məşq toplanışı plana uyğun kifayət qədər yaxşı keçir.

- Komandaya artıq yeni futbolçular cəlb olunublar. Yeni transfelər haqda nə deyə bilərsiniz?

Məncə, bu uşaqlar birmənalı şəkildə biz kömək edəcəklər. Həm Rəhim, həm Orxan kollektivə tez uyğunlaşa, bilən futbolçulardır. Bu da çox vacib məqamdır. Onlar qarşıya qoyulan tapşırığı başa düşürlər və yaxşı hazırlaşırlar.

- Son vaxtlar Azərbaycan çempionatında legioner limitinin ləğv olunması ilə bağlı xəbərlər yayılıb. Sizin bu barədə fikriniz maraqlı olardı...

- Bu, olduqca ciddi sualdır. Mən bu məqamla tez-tez rastlaşmışam. Əgər limitlə bağlı danışırıqsa onu demək lazımdır ki, bunun üçün strateji yönləndirmə lazımdır. Azərbaycan futboluna yaxın 5-7 ildə inkişaf mərhələsi tələb olunur. Dəqiq bilmirəm, plan hansı istiqamətdədir. Sözsüz ki, bu məsələdə vacib olan məqam təsafüdi yox, planlı şəkildə işin aparılmasıdır. Birdən-birə sual qaldırıb, həll etmək olmaz. əgər planlı inkişaf nəzərdə tutulubsa, bu başqa məsələ. Tutaq ki, 11 legioner oynayır, onda bizim akademiyalar nə işə yarayır, onda bizim uşaqlar indi oynayan azərbaycanlı futbolçular harada çıxış edəcəklər? Bu məsələni müzakirə edərkən ilk növbədə Azərbaycan milli komandasının strateji xəttini ölkənin nüfuzunu əsas götürmək lazımdır. Yenə təkrarlayıram, bu məsələni qaldıran insanlar bu barədə nə düşünürlərmi? Çünki uşaq və yeniyetmə milli komandalarının strateji inkişafı nəzərə alınmırsa, onda ölkə futbolunun nüfuzu olmayacaq. Məncə, biz anlamalıyıq ki, bu qərar sadəcə uşaq və yeniyetmə futbolunu öldürəcək. Sözsüz ki, bundan sonra bir çox azərbaycanlı futbolçu harasa getmək məcburiyyətində qalacaq. Bilmirəm, çətin sualdır. Amma mən birmənalı legioner limitinin ləğvinə qarşıyam.

- Sonda azarkeşlərimizə nə demək istərdiniz?

- Bizim azarkeşlərimiz inanılmaz insanlardır. “Turan Tovuz”un arxasınca hər yerə gedirlər. Hətta komanda uğursuz çıxış edəndə belə tam dəstəklərini nümayiş etdirirlər. Buna görə də klub adından, futbolçuların adından onlara təşəkkür düşür. Çətin anlarda göstərdikləri səbir nəyə desən dəyər. Ümid edirəm ki, mövsümün sonunda onları məyus etməyəcəyik.