Misli Premyer Liqasının 18-ci turunda "Kəpəz" "Sumqayıt"la heç-heçə etdi - 0:0.
Offsideplus.az xəbər verir ki, oyundan sonra qonaqların çalışdırıcısı Vaqif Cavadov mətbuat konfransında iştirak etdi.
Mütəxəssis görüş haqda bunları söylədi:
"Maraqlı və gərgin keçən oyuna şahidlik etdik. Komandamdan razıyam. Baxmayaraq ki, heç-heçə etdik. İlin son oyunu idi. Oyunçularım mübarizə apardı, döyüşdülər. Bu komanda ilə yaxşı işlər görə bilərik".