"Şamaxı"da işlər qaydasında getmir.

Offsideplus.az xəbər verir ki, daha bir oyunçu komandanı tərk etmək istəyir. Söhbət Leroy Mikelsdən gedir. Almaniyalı futbolçu komandanın maliyyə sıxıntısı yaşamasını, kollektiv ətrafında gəzən söz-söhbətlərdən bezib.

Vingerlə 3 klub yaxından maraqlanır. Söhbət "Neftçi", "Araz-Naxçıvan" və "Sabah"dan gedir. Hər üç kollektiv futbolçunun agentləri ilə danışıqlara başlayıb. Lakin Leroy qardaşı ilə bir yerdə çıxış etmək istəyir.

Qeyd edək ki, Mikels "Şamaxı"nın heyətində 16 matçda 3 qol vurub, 3 məhsuldar ötürmə edib.