Misli Premyer Liqasının XV turunda "Sumqayıt" səfərdə "Zirə"yə məğlub olub.
Offsideplus.az xəbər verir ki, Gənclik şəhəri təmsilçisinin baş məşqçisi Vaqif Cavadov 4:1 hesablı məğlubiyyət barədə fikirlərini bölüşüb:
"İki fərqli hissə gördük. “Zirə” çox yaxşı mübarizə apardı. Bilirdik ki, çətin oyun olacaq. Onlara hörmətlə yanaşırdıq. Amma bizə vurulan qollar bəlkə də çempionatı götürsək, hədiyyə olunan qollar idi. Bəziləri deyər ki, rəqib məcbur etdi. Amma fərdi səhvlərimiz bu qollara gətirib çıxardı. Komandanın oyunundan, əsasən də ilk hissədən tam razıyam. Yaxşı oyun oynadıq. Futboldur. Rəqib səhvlərimizdən istifadə etdi. Onları təbrik edirəm. Hər şey qaydasındadır. Futbolçularıma təşəkkür edirəm. Səhvlər olur, işləyəcəyik".