"Turan Tovuz"un üzvü Rüfət Əhmədovun Offsideplus.az-a müsahibəsi... 

Premyer Liqanın son turunda "Səbail"in müqavimətini qıra bilmədiz. 1:1 hesabı ilə bitən matçda qələbə qazanmağınız üçün nə çatmadı? 

- İstədiyimiz oyunu meydanda sərgiləyə bilmədik. "Səbail" isə maksimum istək göstərərək döyüşdü. Əsas odur ki, məğlub olmadıq. Bunu özümüz üçün təsəlli hesab edirik. 

- Bu mövsüm bir çox güclü komandaları, o cümlədən "Qarabağ"ı iki oyunda sıradan çıxarmısız. Aşağı pillələrdə qərarlaşan kollektivlərin sizi büdrətməsi barədə nə deyərdin? 

- Biz heç bir rəqibə yuxarıdan aşağı baxmırıq. Hər bir komandaya hörmət edirik. Görünür, onlar bizə qarşı fərqli motivasiya ilə oynayırlar. Amma məğlub olduğumuz və ya xal itirdiyimiz qarşılaşmalar da yaxşı çıxışı etmişik. 

- Deyirlər ki, dəqiq ötürmə qolun yarısıdır. "Səbail" ilə oyunda Faiq Hacıyevin qol vurmasına şərait yaratdın. Buna görə sevinclisən? 

- Mənim üçün qələbəylə meydandan ayrılmağımız daha çox sevinc olardı. Amma yenədə məğlubiyyətdən qaçmağımıza faydalı olmuşamsa, sevincliyəm. 

- Qışa kimi əsas hədəfiniz nə olacaq? 

- Maksimum xallar toplamaqla yuxarıda pillədə fasiləyə yollanmaq. 

- Yetirməsi olduğun "Qəbələ" hazırda I Liqada məğlub olmayan yeganə komandadır. "Qırmızı-qaralar"ın yenidən elitaya qayıdacağına inanırsanmı? 

- "Qəbələ" I Liqada yaxşı çıxış edir. Taktiki və peşəkarlıq baxımdan rəqiblərini üstələyir. Onların bütün oyunlarını izləyirəm. Orada yaxşı baş məşqçi və rəhbərlik var. Qəbələlilərin yenidən Premyer Liqaya qayıdacağına şübhə etmirəm.