"Turan Tovuz"un qolkiperi İvan Konovalovun Offsideplus.az-a müsahibəsi... 

- Premyer Liqanın son turunda "Səbail"lə heç-heçə etdiniz. Qarşılaşma haqda nə düşünürsən? 

- İlk hissədə nə qədər çalışsaq da, istədiyimiz oyunu sərgiləyə bilmədik və fasiləyə məğlub yollandıq. 2-ci yarıda isə əvəzetmələr özünü doğrultdu və məğlubiyyətdən qaça bildik. 

- İlk hissənin sonlarında Kristian Da Silva penaltini dəqiq yetirsəydi, fərqli gedişat ola bilərdimi? 

- Həmin epizod qol olsaydı, oyunun nəticəsi tamam başqa cür olacaqdı. Düşünürəm ki, status-kvonu bərpa edəndən sonra ikinci hissədə qələbə şansımız daha çox olacaqdı. 

- "Səbail" ilə oyunda 1 xal qazandınız, yoxsa 2-ni itirdiniz?

- Bizim üçün vacib qarşılaşma idi. Bu nəticəni gözləmirdik. Düşünürəm ki, 2 vacib xal itirdik. 

- Hakimlərin idarəçiliyi barədə nə deyə bilərsən? 

- Referilərin öz işləri var. Mən onları müzakirə edə bilmərəm. 

- Hazırkı performansından razısanmı?

- Düşünürəm ki, bu barədə məşqçilərimiz danışsa, daha yaxşı olar. Mənim işim meydanda əlimdən gələni etməkdir. Çıxışımı qiymətləndirmək mənlik deyil.

-  Qarşınıza qoyulan məqsəd nədir?

- Hər bir oyunda qələbə qazanmaq.