Misli Premyer Liqasının autsayderlər qrupunda yer alan komandalarından biri olan "Səbail" dünən "Kəpəz"ə məğlub oldu - 0:1.

Matçın ardından "dənizçilər"in baş məşqçisi Şahin Diniyev istefa verdi. Yayılan məlumatlara görə, Tərlan Əhmədov bu kluba yeni baş məşqçi təyin ediləcək. İnformasiyanı dəqiqləşdirmək üçün mütəxəssisin özü əlaqə saxladıq.

Tərlan bəyin Offsideplus.az-a açıqlaması belə oldu:

"Mənlə heç kim danışıq aparmayıb. Şahin Diniyev yeni istefa verib, artıq mənim adım hallanır. Bu söhbətlər həqiqəti əks etdirmir. Dediyim kimi heç bir klub funksioneri ilə danışıqlar aparmamışam. Sonrakı mərhələdə nələr olacaq bilmirəm".