"Neftçi"nin üzvü Andre Şinyaşiki maraqlı açıqlama ilə diqqət çəkib.
Offsideplus.az xəbər verir ki, "İstoE"yə danışan yarımmüdafiəçi Braziliya, ABŞ və Azərbaycan futbollarını müqayisə edib:
"Hazırda texniki baxımdan danışa biləcəm. Məncə, Braziliya və Azərbaycan bu məsələdə ABŞ-dan üstündür. Orada daha çox fiziki futbola, çox təmas və sürətli tempə üstünlük verilir. Məsələn, Braziliyada oyunun taktiki hissəsi daha çox inkişaf edib".