"Neftçi" Qara Qarayevlə yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, paytaxt təmsilçisi 32 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Ağ-qaralar" təcrübəli yarımmüdafiəçiyə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, 2023-cü ilin iyulunda transfer olunmuş Qarayev “Neftçi”nin heyətində 28 rəsmi oyun keçirib, 1 qol vurub.