Misli Premyer Liqasının I turunda "Sabah" "Şamaxı" ilə heç-heçə etdi.
Offsideplus.az xəbər verir ki, qarşılaşmadan sonra mətbuat konfransında qonaqların çalışdırıcısı Ayxan Abbasov iştirak etdi.
Mütəxəssis görüş haqda bunları söylədi:
"Hamı çempionat üçün darıxmışdı. İlk turdan gərgin oyunlar keçirildi. Maraqlı görüşlər çox olacaq. İlk dəqiqələr müdafiədə səhvlərə yol verdik. Ruhdan düşmədik. 2 qol vurduq. Ümid edirəm ki, gələn oyunlarda daha yaxşı oyun sərgiləyərik. Komandama uğurlar arzu edirəm. "Sabah" yaxşı kollektivdir. Ümid edirəm ki, "Zirə" ilə birgə Konfrans Liqasının qrupuna vəsiqə qazanacaqlar".
Ayxan Abbasov çempionatdakı hədəflərindən də danışdı:
"Oyun baxımından artırmalıyıq. Bizi çətin matçlar gözləyir. Gənc futbolçular üçün şansdır. Deyirlər ki, cavanlara şans vermək lazımdır. Biz də buna uyğun iş görürük. Əsas hədəfimiz Premyer Liqada qalmaqdır. Bundan əlavə, əlimizdəki gənc futbolçuları inkişaf etdirərək gələcək üçün hazırlayırıq. İnanırıq ki, hər şey bizim üçün yaxşı olacaq".