Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar Bakı Olimpiya Stadionunun ərazisindəki VAR Mərkəzi fəaliyyətini dayandırıb.
Offsideplus.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 2025-ci il fevralın 1-dək mərkəz işləməyəcək. Bu səbəbdən 2024/2025-ci illər mövsümü üzrə ölkə kuboku və Azərbaycan Premyer Liqası çərçivəsində keçiriləcək oyunlarda VAR-ın təşkili yalnız səyyar VAR nəqliyyat vasitəsi ilə mümkün olacaq.
AFFA-nın balansında hazırda 2 ədəd səyyar VAR nəqliyyat vasitəsi var. Qurum ötən mövsümlərdə olduğu kimi, Azərbaycan Premyer Liqasının və ölkə kubokunun bütün oyunlarında VAR sisteminin tətbiq olunmasına çalışacaq.