Dünən AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib.

Offsideplus.az xəbər verir ki, qurum “İmişli”yə Premyer Liqada iştirak etmək üçün lisenziya verib. Görəsən, bunun səbəbi nədir? “Çəhrayı pələnglər” Premyer Liqada iştirak etmək hüquqi əldə etməyiblər. Bəs, nə üçün onlara lisenziya verilib? Mediada və sosial şəbəkələrdə “Araz-Naxçıvan”ın stadionunun olmamasının idman prinsiplərinin pozulması olduğunu bildirənlər var. “İmişli”yə lisenziya verilməsi bununla əlaqədardır? "Araz-Naxçıvan"ın Premyer Liqanı tərk etmək ehtimalı var? Suallarımızı Lisenziya Komissiyasının sədri Elçin Məmmədova ünvanladıq. Qurum rəsmisi Offsideplus.az-a açıqlamasında bunları söylədi:

“İmişli”yə lisenziya verilməsinin “Araz-Naxçıvan”la heç bir əlaqəsi yoxdur. I Liqada bir çox klub öz sənədlərini təqdim etmişdi. Müvafiq komissiya lisenziya şərtlərinə uyğun olan kollektivlərlə bağlı qərar qəbul edib. Klubların bir-biri ilə bağlılığı yoxdur. Bir daha söyləyirəm. “İmişli”yə lisenziyanın verilməsinin “Araz-Naxçıvan”la əlaqəsi yoxdur”.