Misli Premyer Liqasının XXXIII turunda "Araz-Naxçıvan" "Zirə"ni 3:2 hesabı ilə məğlub edib.
Offsideplus.az xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında "Araz-Naxçıvan"ın baş məşqçisi Andrey Demçenko görüşü şərh edib:
"Qələbə qazanmaq hər zaman xoşdur. Futbol oynamağa çalışdıq. Layiqli qalibiyyət əldə etdiyimizi düşünürəm. Qarşımızda yaxşı rəqib var idi. "Zirə" nə istədiyini bilən, çox yaxşı təşkilatlanmış komandadır. Baş məşqçinin işi görünür, topu hara gəldi vurmağa çalışmırlar, futbol göstərməyə çalışırlar. Futbolçularımı qələbə münasibəti ilə təbrik etdim. Biz layiqli qələbə qazandıq. "Zirə"ni üstələməyə çalışdıq. Təssüf ki, bəzi xırda vəziyyətlərdə səhvlər edir, rəqibə şans verirdik. Qapımızda da qol görürdük. Amma daha çox möhkəmlənmək, daha yüksək yerlər üçün daha səliqəli, daha ağıllı futbol oynamaq lazımdır. Topu möhkəm saxlamaq, sadə vəziyyətlərdə rəqibə verməmək lazımdır. Bu gün hardasa bəxtimiz də gətirdi. Son dəqiqələrdə qapımıza penalti təyin edildi. Heç-heçə də ola bilərdi, amma qələbə qazandıq", deyə o, bildirib.


