"Mançester Siti" ilə yollarını ayıran Pep Qvardiola klubdakı 10 illik karyerası ərzindəki ən böyük peşmanlığını açıqlayıb.

Offsideplus.az xəbər verir ki, 55 yaşlı mütəxəssis "Sky Sports"a müsahibəsində qapıçı Co Harta şans vermədən komandadan göndərdiyi üçün təəssüfləndiyini bildirib:

"Çoxlu qərarlar qəbul edəndə səhvlər də qaçılmaz olur. İllərdir daxilimdə qalan ən böyük peşmanlığım Co Harta özünü sübüt etmək üçün şans verməməyimdir. Kaş ki, "Co, gəl birlikdə yoxlayaq, alınmasa, dəyişərik" deyərdim. Bəzən qərarlarımda ədalətli olmamışam, buna görə üzr istəyirəm".

Qvardiola 2016-cı ildə komandanın başına keçdikdən dərhal sonra ingiltərəli qapıçını icarəyə göndərmiş,

Hart iki il sonra "Mançester Siti"dən birdəfəlik ayrılmışdı.

"Şəhərlilər"lə 6 Premyer Liqa və Çempionlar Liqası qazanan Qvardiola, məşqçiliyin ən çətin tərəfinin insan duyğularını idarə etmək olduğunu sözlərinə əlavə edib.