"Qarabağ" 3 futbolçusu ilə birdən vidalaşıb.

Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi Emmanuel Addai, Ramil Şeydayev və Sami Mmae ilə yollarını ayırdığını rəsmən açıqlayıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Müqavilə müddəti başa çatan Addai və Şeydayevlə yeni sözləşmə imzalanmayıb və əməkdaşlığa son qoyulub.

Komandada icarə əsasında çıxış edən müdafiəçi Sami Mmae isə müqavilə ilə məxsus olduğu Xorvatiyanın "Dinamo" (Zaqreb) klubuna geri dönüb.