Misli Premyer Liqasının sonuncu - XXXIII turunda "Neftçi" "Kəpəz"i məğlub edib: 1:0.
Offsideplus.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "ağ-qaralar"ın baş məşqçisi Yuri Vernidub mövsümü dəyərləndirib:
"Nə istəyirdiksə, ona nail olduq. Olduğumuz mövqe bizə Konfrans Liqasında oynamaq imkanı verir. Bir çox oyunçuların müqaviləsi bitir və bitmək üzrədir. Bu haqda söhbətlər yalnız mövsümün sonunda olacaq demişdim. Komandamızı gücləndirməyə ehtiyac var. Bizim bir az vaxtımız var. Əvvəl də bununla məşğul olurduq, lakin indi daha yaxından məşğul olacağıq. Klubun rəhbərləri mənə sual verəcək, mən də cavablandıracam. Əminəm ki, biz avrokuboklarda və çempionatımızda yaxşı çıxış etmək üçün komandamız gücləndirilməlidir. Hazırda komandanın heyəti, kimlər qalır və ya gedir bunu sabahdan müzakirə edəcəyik".


