Misli Premyer Liqasının XXXIII turunda "Kəpəz" səfərdə "Neftçi"yə uduzub.
Offsideplus.az xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında Gəncə komandasının baş məşqçisi Azər Bağırov 1:0 hesabı ilə başa çatan oyunu dəyərləndirib:
"Mövsümün sonunda gənc futbolçulara şans verdiyimə görə sevinirəm. Bəlkə də Azərbaycan futbolunun gələcək simalar olacaqlar. Amma öz üzərlərində çox çalışmalıdırlar. Oyuna gəlincə, ümumi götürəndə futbolçularım mübarizə apardılar, bacardıqları ortaya qoydular. Hər birinə ayrıca təşəkkür edirəm. Mövsümü ümumi dəyərləndirdikdə isə 6 məğlubiyyətdən sonra komandanı qəbul etmək çox çətin idi. Nəzərə alsaq ki, 12 legioner artıq transfer olunmuşdu. Klubsuz olan yaxşı yerli oyunçu tapmaq da mümkün deyildi. Bütün bunlara rəğmən komandanı Premyer Liqada pley-offsuz saxladıq. Burada İdarə Heyətinin sədri Adil Vəliyevdən tutmuş hər kəsə təşəkkür edirəm".


