""Neftçi"nin baş məşqçisi Yuri Vernidub "Araz-Naxçıvan"ı məğlub etdikləri oyundan sonra mətbuat konfransında görüşlə bağlı fikirlərini bildirib.
Offsideplus.az xəbər verir ki, ukraynalı mütəxəssis qarşılaşna haqqında bunları söyləyib:
"İlk hissə performansımız çox yaxşı idi. Bizim həddindən artıq çox epizodlarımız oldu. Fasilədən sonra ilk 15 dəqiqəni yaxşı oynadıq. Düşünürəm ki, ondan sonra əsas rolu psixologiya oynadı. Hesab 2:0 oldu və futbolçular bir az yavaşladı. Siz özünüz də gördünüz ki, biz 60 dəqiqə ərzində pressinq edirdik. Bu müddətdə onların yalnız bir epizodu oldu. Həmin anda da Kenan bizi xilas etdi.
Biz çalışmağa davam etməliyik, daha çox işləməliyik.
Sevinirəm ki, kapitan geri döndü. Emin Mahmudov bizim üçün açar oyunçudur. O, bu gün zədəsini tam sağaltmamağına baxmayaraq əla oynadı. Düşünün ki, tam sağlam olsa, necə çıxış edər".


