Fransa millisinin hücumçusu Usman Dembele keçmiş komanda yoldaşı Lionel Messinin Argentina yığması ilə yenidən dünya çempionatının qalibi ola biləcəyinə inanır.
Offsideplus.az xəbər verir ki, fransalı futbolçu 2022-ci ilin dünya çempionu barədə danışarkən onun hələ də böyük güc olduğunu vurğulayıb:
"Messi istənilən titulu qazana bilər. Mən bunun “Barselona”da birlikdə oynayarkən şahid olmuşam. Yaşının artması heç nəyi dəyişmir. O, indiyə qədər gördüyüm ən yaxşı futbolçudur, tarixin ən yaxşısıdır. Lionel hələ də çox təhlükəlidir. Düzdür, artıq 38 yaşı var, amma onu saxlamaq yenə də olduqca çətindir. Ustalıq öz sözünü deyir. Ona qarşı diqqətli olmalıyıq, çünki yenidən kuboku qazanmaq potensiyalı var".


