"Maklaren"in pilotu Oskar Piastri "Alpin" komandasının Monako Qran-prisinin nəticələrinə etiraz etmək cəhdindən danışıb.

Offsideplus.az xəbər verir ki, stüardlar komandanın Pyer Qaslinin pit-leyndə sürət həddini aşması ilə bağlı cərimələrə dair apellyasiyasını təmin edib və epizodlara yenidən baxmaq qərarı alıb.

Barselona Qran-prisindən əvvəl danışan avstraliyalı sürücü yarış zamanı qəribə hadisələrin baş verdiyini bildirib:

"Yarışda qəribə nəsə baş verdiyi tam aydın idi. Eyni vaxtda bir və ya iki maşın cərimə ala bilər, amma yeddi-səkkiz yox. Təəssüf ki, bu vəziyyət yarışın nəticəsinə təsir etdi. Mən də cərimə aldım, hansı ki, o olmasaydı, yenidən boksa girməli olmayacaqdım. İndi nəticəni dəyişmək olmaz, çünki verilən cərimələrə əsasən artıq çoxlu qərarlar qəbul edilib. Belə bir şey baş verməməlidir".