"Milan" klubu baş məşqçi postu üçün arayışlarını davam etdirir.
Offsideplus.az xəbər verir ki, portuqaliyalı mütəxəssis Ruben Amorim İtaliya nəhənginin yeni baş məşqçisi olmağa namizəddir.
39 yaşlı çalışdırıcının bu keçidlə bağlı "Milan" rəhbərliyi ilə birbaşa təmasda olduğu bildirilir.
Bu barədə insayder Matteo Moretto məlumat yayıb.
Qeyd edək ki, buna baxmayaraq hələ də "qırmızı-qaralar"ı çalışdırmağa əsas namizəd Oliver Qlasnerdir.


