Çexiya millisinin baş məşqçisi Miroslav Koubek Cənubi Koreyaya 1:2 hesabı ilə uduzduqları matçı şərh edib.
Offsideplus.az xəbər verir ki, bu, çexlərin 6 oyunluq məğlubiyyətsizlik seriyasından sonra ilk yenilgisi olub.
Qarşılaşmada Ladislav Krejçinin qolu ilə Çexiya hesabı açsa da, Cənubi Koreya Hvan İn Bom və Oh Hyon Qyunun qolları ilə əzmkar qələbə qazanıb.
Matçdan sonra danışan Koubek rəqibin üstünlüyünü etiraf edib:
"Bəzi səhvlər etdik, amma eyni zamanda şanslar da yaxaladıq. Rəqibimiz çox sürətli idi, daha yaxşı oynayan tərəf qalib gəldi. Futbolçularım sonadək mübarizə apardılar. İndi irəliyə baxmalıyıq. Turnirdə iddialı olmaq üçün hücumda və son 30 metrdə daha yaradıcı olmalıyıq. Bu mənada hələ inkişaf etməliyik".


