"Sumqayıt"ın futbolçusu Kənan Feyziyev əməliyyat olunub.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

O, Misli Premyer Liqasının XXXII turunda, "Zirə" ilə matçda sıradan çıxıb.

Onun əməliyyatı uğurlu keçib.

Qeyd edək ki, ön çarpaz bağ və menisk əməliyyatı keçirən K. Feyziyevin 6-9 ay sonra yaşıl meydanlara dönüşü gözlənilir.