Fransa millisinin hücumçusu Kilian Mbappe Seneqal yığması ilə keçiriləcək oyun öncəsi maraqlı açıqlaması ilə diqqət mərkəzinə düşüb.
Offsideplus.az xəbər verir ki, 27 yaşlı ulduz futbolçu Afrika çempionunun adını xatırlamaqda çətinlik çəkib.
Mbappe rəqib barədə danışarkən bu sözləri qeyd edib:
"Biz Afrika çempionuna qarşı oynayırıq. Düzü, sonda kuboku Mərakeşin, yoxsa Seneqalın qazandığını tam bilmirəm! Yaxşısı budur, elə sadəcə "Afrika çempionu" deyək."
Qeyd edək ki, Seneqal Afrika Millətlər Kubokunun qalibi olsa da, sonda çempionluq onlardan alınıb Mərakeşə verilmişdi.


