UFC döyüşçüsü Siril Qan rəqibi Tom Aspinallın onun ünvanına səsləndirdiyi fırıldaqçılıq ittihamlarına kəskin reaksiya göstərib.

Offsideplus.az xəbər verir ki, fransalı idmançı qaydalara hər zaman hörmətlə yanaşdığını bildirib:

"Aspinall məni fırıldaqçı adlandırıb? Bu, onun şəxsi rəyidir. Bizim kifayət qədər peşəkar referilərimiz var və döyüş zamanı onlar mənə qayda pozuntusu ilə bağlı heç bir xəbərdarlıq etməyiblər. Mən qaydalara tam əməl edirəm. Hər kəsin öz düşüncəsi ola bilər, bu da normaldır".

Xatırladaq ki, Siril Qanın bundan əvvəlki qarşılaşması, onun Tom Aspinallın gözünə barmaq batırması səbəbindən elə ilk raunddaca dayandırılmışdı.

İyunun 15-də Siril Qan ağır çəkidə UFC-nin müvəqqəti çempionluq kəməri uğrunda Aleks Pereyraya qarşı döyüşəcək. Sözügedən döyüş "Ağ Ev"də baş tutacaq.