"Real Madrid" heyətini yeni müdafiəçi ilə gücləndirmək üçün hərəkətə keçib.

Offsideplus.az xəbər verir ki, "kral klubu" "Borussiya"nın (Dortmund) müdafiəçisi Niko Şlotterbekin transferi üçün oyunçunun agenti ilə birbaşa təmas qurub. 

Madrid təmsilçisi yeni baş məşqçisi Joze Mourinyonun almaniyalı müdafiəçinin oyununun böyük pərəstişkarı olduğu və bu transferin reallaşmasını xüsusilə istədiyi bildirilir.

Bu barədə Almaniya mətbuatı məlumat yayıb.

Qeyd edək ki, 26 yaşlı Şlotterbekin "Borussiya" ilə müqaviləsində 50-60 milyon avro dəyərində sərbəstqalma bəndinin olduğu və "kral klubu"nun bu məbləği ödəməyə hazırlaşdığı gələn xəbərlər arasındadır.