Braziliya millisinin qapıçısı Alisson Bekker dünya çempionatı öncəsi komandasının durumundan danışıb.

Offsideplus.az xəbər verir ki, "Liverpul"un 33 yaşlı qolkiperi keçirdiyi mətbuat konfransında turnirə tam hazır olduğunu bildirib. Braziliyanın favoritlər arasında göstərilməməsinə toxunan təcrübəli oyunçu bunun heç kimə zəmanət vermədiyini və yalnız təzyiqi artırdığını qeyd edib:

"Dünya çempionatının seçmə mərhələsində çətin dövr keçirdik və bunu dərindən hiss etdik. Lakin italiyalı mütəxəssis Karlo Ançelottinin baş məşqçi təyin olunmasından sonra hər şey yaxşılığa doğru dəyişdi. Onun kollektivdə çox güclü nüfuzu var və bu, bizə rahat işləmək üçün sakitlik verir. İlk oyuna tam hazırıq".