Misli Premyer Liqasının XX turu qol baxımından sönük keçib.

Offsideplus.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, geridə qalan bu tur cari mövsümün ən aşağı məhsuldarlığı ilə yadda qalıb.

Keçirilən 6 qarşılaşmada cəmi 8 qol qeydə alınıb ki, bu da hər oyuna orta hesabla 1,33 qol deməkdir. Bununla da, 9 qolun vurulduğu IV turun antirekordu yenilənib.

Ən məhsuldar matç: "Kəpəz" – "Neftçi" (1:3) – Turun qollarının tam yarısı (4 qol) məhz bu oyunda vurulub.

Minimal hesablı qələbələr (1:0): "İmişli" – "Qarabağ", "Qəbələ" – "Sabah", "Zirə" – "Karvan-Yevlax" və "Araz-Naxçıvan" – "Sumqayıt".

Qolsuz heç-heçə: "Şamaxı" – "Turan Tovuz" (0:0).

Maraqlıdır ki, bundan daha aşağı məhsuldarlıq sonuncu dəfə ötən mövsümün XXIX turunda qeydə alınmışdı. Həmin vaxt cəmi 6 qol vurulmuş (orta 1,20) və futbolsevərlər daha az qola şahidlik etmişdilər.