Ronald Arauxo “Barselona”nın böyük oyunları üçün özünü hazır hiss edir.

Offsideplus.az xəbər verir ki, futbolçu həm zehni, həm də fiziki baxımdan güclü olduğunu düşünür.

Hansi Flikin bu gecə “Jirona”ya qarşı oyunda Arauxoya şans verməsi gözlənilir. Mütəxəssis, həmçinin, “Atletiko Madrid”lə cavab oyununda, xüsusilə Erik Qarsiyanın qırmızı vərəqə almasından sonra Arauxonun müdafiədə əsas seçim olacağına inanır.

Arauxo “Jirona” və “Atletiko Madrid”ə qarşı yaxşı performans göstərərsə, əsas start heyətindəki yerini yenidən qazana bilər.