"Real Madrid"də mövsüm sonunda ayrılıq yaşanacaq.
Offsideplus.az xəbər verir ki, David Alaba mövsüm sonunda klubdan ayrılacaq. Madrid klubu avstriyalı müdafiəçi ilə müqaviləni uzatmağı planlaşdırmır.
Rəhbərlik Alaba ilə yolları ayırmaq qərarına gəlib və futbolçu yay transfer dönəmində azad agent kimi komandanı tərk edəcək.




