"Turan Tovuz" Misli Premyer Liqasının XX turunda səfərdə "Şamaxı" ilə qolsuz heç-heçə edib.

Offsideplus.az xəbər verir ki, Tovuz təmsilçisinin təcrübəli baş məşqçisi Kurban Berdıyev oyundan sonra görüşlə bağlı bunları deyib:

"Bərabərlik ədalətli nəticədir. Hər iki komanda qol epizodları yarada bilmirdi. Əvəzetmələr də uğurlu alınmadı. "Şamaxı"nın müdafiəçiləri də yaxşı oynadılar. İstənilən halda daha çox qol epizodu yaratmalı idik".

Berdıyev yeni transfer Mark Mampassinin uzun müddətdir məşq etmədiyini də söyləyib.

Qeyd edək ki, "Turan Tovuz" 34 xalla MPL-də 4-cü yerdədir.