"Real Madrid"in futbolçusu Vinisius Junior sabiq komanda yoldaşı Luka Modriç üçün darıxdığını bildirib.
Offsideplus.az xəbər verir ki, braziliyalı vinger 40 yaşlı futbolçu barədə bunları deyib:
"Modriç kimisi yoxdur. O, indi "Milan"dadır, ötən mövsüm "Real Madrid"də idi, dünyanın ən yaxşısıdır. Möhtəşəmdir!
Onun üçün həqiqətən darıxıram, çünki o, bizə hər zaman nəsə öyrədirdi. Hətta məşqlərdə belə uduzmağı sevmirdi. Uduzanda çox əsəbi olurdu".
Qeyd edək ki, L. Modriç 2012-25-ci illər arasında "Real Madrid"də çıxış edib. Onlar Vinisiusla birlikdə 7 mövsüm bir yerdə oynayıb.



