Azərbaycanın ən güclü şahmatçıları ölkə çempionluğu uğrunda həlledici mərhələyə qədəm qoyurlar.
Offsideplus.az xəbər verir ki, bu gündən etibarən turnirin yarımfinal görüşlərinə start verilir.
Yarımfinal cütlükləri belədir:
Kişilər:
Şəhriyar Məmmədyarov - Aydın Süleymanlı
Read Səmədov - Məhəmməd Muradlı
Qadınlar:
Ülviyyə Fətəliyeva - Gülnar Məmmədova
Türkan Məmmədyarova - Ayxan Allahverdiyeva
Qeyd edək ki, yarışın mükafat fondu 92 min manat təşkil edir. Bu məbləğdən 62 min manat kişilərin, 30 min manat isə qadınların çempionatına aiddir. Mübarizə fevralın 22-də başa çatacaq.



