Döyüşə yaxşı hazırlaşmışdım”.

Bu sözləri Offsideplus.az saytına açıqlamasında kikboksinq üzrə 7 qat dünya və 3 qat Avropa çempionu Alim Nəbiyev deyib.

O, Gürcüstanın Batumi şəhərində keçirilən GFC üzrə (Georgian Fighting Championship) və "Grand Bellagio Championship" turnirindəki çıxışından danışıb: “Əvvəlcə Tailandda oldum, sonra Gürcüstana getdim və hazırlığımı orada davam etdirdim. Qarşıdakı əsas hədəfim yenə qələbə qazanmaqdır. Yaxın zamanda çempion olmaq və UFC ilə müqavilə bağlamaq istəyirəm”.

Nəbiyev braziliyalı rəqibi ilə döyüşdən öncə baş verənlərə münasibət bildirib: “Mübahisə onun jestlərinin xoşuma gəlmədiyi üçün yarandı. Üz-üzə dayananda o, məni başı ilə itələdi. Bu hörmətsizliyi qəbul edə bilməzdim və cavab olaraq mən də onu itələdim.

Oktaqonda da onun jestləri xoşuma gəlmədi və döyüşməyə başladıq. Ona dedim ki, səni cəzalandıracağam. Döyüş zamanı üstünlük qazandım. Lakin döyüş bitdikdən sonra qarşılıqlı hörmət nümayiş etdirdik”.

Qeyd edək ki, üç raund davam edən döyüşdə 31 yaşlı “professor” braziliyalı rəqibi Jaime Souzanı məğlub edib. Bu, Alim Nəbiyevin MMA-da ardıcıl olaraq qazandığı üçüncü qələbəsi olub.