UEFA Çempionlar Liqasında keçid pley-off mərhələsinin ilk oyunları bu gün baş tutacaq.
Offsideplus.az xəbər verir ki, ilk olaraq "Qalatasaray" və "Yuventus" komandaları meydana çıxacaq.
İstanbulda baş tutacaq matç Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.
"Real Madrid" isə Lissabon səfərinə yollanıb.
"Kral klubu" Liqa mərhələsinin son turundakı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.
Çempionlar Liqası, keçid pley-off mərhələsi ilk oyunlar
17 fevral (çərşənbə axşamı)
21:45 "Qalatasaray" - "Yuventus"
00:00 "Benfika" - "Real Madrid"
00:00 "Borussiya" (Dortmund) - "Atalanta"
00:00 "Monako" - PSJ



