Azərbaycanlı hakim Eldar Zülfüqarov Çempionlar Liqasında növbəti təyinatını alıb.
Offsideplus.az xəbər verir ki, təcrübəli hakim bu gün keçiriləcək qadın voleybolçular arasında "Olimpiakos" (Yunanıstan) - "Vero Volley Milano" (İtaliya) oyununu idarə edəcək.
O, bu görüşə baş hakim statusu ilə çıxacaq.
Ona ikinci hakim qismində macarıstanlı Aqneş Batkai-Katona kömək edəcək.


