“Sumqayıt” növbəti transferini reallaşdırıb
Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, onlar müqavilə ilə Ukraynanın “Polissya klubuna məxsus olan Danilo Beskorovaynıyı mövsümün sonuna qədər icarəyə götürüb.
26 yaşlı mərkəz müdafiəçisi “Sumqayıt”ın heyətində 33 nömrəli formada çıxış edəcək.
D. Beskorovaynıy karyerası ərzində “Polissya” ilə yanaşı Ukraynanın “Volın”, “Krivbas”, Litvanın “Atlantas”, Slovakiyanın “Mixalovtse”, “Dunayska Streda”, Qazaxıstanın “Astana” klublarında çıxış edib.
O, Ukrayna U-20 yığması ilə 2019-cu ildə dünya çempionu olub


