UFC-də növbəti Döyüş Gecəsi Braziliyada baş tutub.

Offsideplus.az xəbər verir ki, gecənin əsas tədbirinin döyüşü Çarlz Oliveyra və Mateuş Qamrot arasında baş tutub. Braziliyalı döyüşçü doğma publika önündə rəqibini ikinci raundda təslimolma yolu ilə məğlub edib. 

Qeyd edək ki, Ç.Oliveyra Azərbaycanı təmsil edən Rafael Fiziyev ilə üz-üzə gəlməli idi. Rafael zədə səbəbindən döyüşdən geri çəkilməyə məcbur olmuşdu.