Azərbaycanın UFC döyüşçüsü Nazim Sadıxov braziliyalı həmkarına söz atıb.
Offsideplus.az xəbər verir ki, o, X səhifəsində braziliyalı Renato Moykanonun səsləndirdiyi fikirlərə münasibət bildirib. Moykano noyabr və ya dekabrda oktaqona qayıtmaq istədiyini və Den Huker və ya Paddi Pimplett ilə üz-üzə gəlmək istədiyini söyləyib. Nazim isə "əla, noyabrda görüşərik", deyə R.Moykanoya söz atıb.
Qeyd edək ki, Nazim Sadıxovun oktyabrın 12-də əsas tədbiri Çarlz Oliveyra - Rafael Fiziyev qarşılaşması olan UFC Döyüş Gecəsində iştirakı gözlənilir. Onun rəqibinin Renato Moykano olacağı iddia olunur.



