Həftəiçi hər gün saat 15:00-da Sağlam Radio 93FM-də yayımlanan "Offside" verilişinin növbəti qonağı MMA döyüşçüsü Vüqar Kərəmov olub.
Hazırda "Rizin"də çıxış edən 33 yaşlı idmançı son qələbəsindən, iyul və ya sentyabr ayında baş tutacaq kəmər uğrunda döyüşündən, karyera planlarından və UFC-dən aldığı təklifdən, habelə iyunun 21-də Bakıda keçirilmiş UFC Döyüş Gecəsində yaşananlardan və döyüşlərdən bəhs edib.
Verilişi saat 21:00-dan etibarən "Offsidecaps" yutub kanalımızda izləyə bilərsiniz.