UFC yüngül çəki üzrə yenilənmiş reytinq cədvəlini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, Azərbaycan döyüşçüsü Rafael Fiziyev bir pillə irəliləyərək, ilk "10-luğ"a daxil olub. O, Benoit Saint Deyvisi "top-10"dan kənarlaşdırıb.
Hazırda yüngül çəki üzrə lider Rusiyanı təmsil edən dağıstanlı döyüşçü İslam Maxaçevdir.
Qeyd edək ki, Rafael Fiziyev Bakıda keçirilən UFC Döyüş Gecəsində İqnasio Bahamondesi məğlub etmişdi.