“Əvvəlcə üzr istəmək istəyirəm, yenə üzüm dağıldı. Çərşənbə günü demişdim ki, üzüm qaydasında olacaq. Alınmadı”.
Offsideplus.az xəbər verir ki, bu sözləri Camal Hill üzərində qələbədən sonra mətbuat konfransına çıxan Xalil Rauntri deyib. O,
“Görüş ağır keçdi. Yaxşı məşqçim və planım vardı. Plana sadiq qalmağa çalışdım. I raundda planım onda olan hər şeyə hazır olmaq idi. Hill hər zərbədən sonra döyüşə qayıdırdı, buna görə ona hörmət edirəm. Bugünkü hədəfim müdafiə idi. Bakıdakı insanlar çox qonaqpərvər idi. Ona görə də sakit qalmağa çalışdım. Mənə hücum edəndə nəfəs alıb, sakitləşməyə çalışırdım”.
"Ты кто такой, давай, до свидания" mahnısını səsləndirməsinin ardındakı mənanı açıqlayıb: “Türkmənistanlı birindən soruşdum ki, regionda məşhur mahnı hansıdır? Bu mahnını missal çəkdi. Onun əslinə də qulaq asmışam, oxuyan kişini çoxlu adam əhatələmişdi. Çox bəyəndim. Mənasını bilirəm" (Meyxanadan bir parça söyləyir).
“Neqativ enerjini təmizləməyə çalışırdıq. Heç birimiz şəxsən çox danışmadıq. Mediaya deyilən sözlərdən sonra ikimiz də fikirləşdik ki, nə baş verir? Hər şeyin qaydasında olduğunu dəqiqləşdirdik", deyə o, Hill ilə nə danışdığını açıqlayıb.
View this post on Instagram