UFC Baku Fight Night yarışının ən yaxşı döyüşü açıqlanıb.

Offsideplus.az xəbər verir ki, gecənin ən baxımlı görüşü azərbaycanlı Nazim Sadıxov və braziliyalı Nikolas Motta arasında olub.

Döyüşün birinci hissəsində uduzan həmvətənimiz ikinci raundda rəqibini nokauta salıb.

Buna görə UFC rəhbərliyi iki idmançıya bonus vermək qərarına gəlib.

Həm Nazim Sadıxov, həm də Nikolas Motta 100 min ABŞ dolları məbləğində bonusa sahib çıxıb.