Bakıda keçirilən UFC Döyüş Gecəsində Azərbaycan təmsilçilərindən Nazim Sadıxov qələbə qazanıb.
Offsideplus.az xəbər verir ki, Bakıda doğulmuş idmançımız braziliyalı Nikolas Motta üzərində qələbəni belə şərh edib:
"Nikolas Motta güclü rəqibdir. O öz bacarığını göstərdi. Amma onda alınmadı, çünki biz Azərbaycandayıq. Məni məğlub etmək üçün tapança götürüb öldürmək lazımdır. Başqa cür təslim olmayacağam".