İyunun 21-də Bakıda keçiriləcək UFC Döyüş Gecəsindən öncə UFC-nin ulduzları Bakı Kristal Zalında azarkeşlərin önünə çıxıb.
Offsideplus.az xəbər verir ki, Döyüş Gecəsinin fəxri qonaqları Merab Dvalişvili və Belal Muhammed səhnəyə çıxaraq, fanatların suallarını cavablandırıb.
M.Dvalişvili "növbəti rəqib kim olacaq?" sualına "son qərarı UFC verəcək", cavabını verib.
Belal Muhammed isə "Həbib Nurməhəmmədov güclüdür, yoxsa Konor Makqreqor" sualına "Makçiken güclüdür" deyərək, irlandiyalını üstün tutub.
Qeyd edək ki, tədbir azarkeşlər üçün sərbəstdir. Saat 18:00-da təntənəli çəkiölçmə mərasimi və üz-üzə gəlmələr baş tutacaq.