Yarımağır çəki dərəcəsində UFC-nin sabiq titul iddiaçısı Halil Rauntri iyunun 21-də Bakıda keçiriləcək UFC gecəsinin əsas döyüşündə iştirak etmək üçün Azərbaycana gəlib.
Offsideplus.az xəbər verir ki, ABŞ idmançısı bu gün Bakının tarixi hissəsi olan İçərişəhərdə gəzintiyə çıxıb.
35 yaşlı ulduz Şirvanşahlar sarayını ziyarət edib, Qız qalasına qalxıb, həmçinin Azərbaycan xalçaçılıq sənəti ilə tanış olub. O, hətta xalça toxuma prosesində də iştirak edib.
Bakıdakı yarışın əsas qarşılaşmasında Rauntrinin rəqibi UFC yarımağır çəki çempionu Camal Hill olacaq.
Bundan başqa, UFC Baku Fight Nightdə 3 azərbaycanlı - Rafael Fiziyev, Nazim Sadıxov və Tofiq Musayev oktaqona çıxacaq.