İyunun 21-də Bakıda ilk dəfə keçiriləcək UFC Fight Night-ın iki ulduz qonağı olacaq.

Offsideplus.az Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə istinadən xəbər verir ki, UFC-nin super yüngül çəki dərəcəsində çempionu, gürcü döyüşçü Merab Dvalişvili və keçmiş yarımorta çəki çempionu, amerikalı döyüşçü Belal Muhammad paytaxtımıza təşrif buyuracaqlar.

Yarış Baku Crystal Hall-da baş tutacaq.

Gecənin əsas qarşılaşması keçmiş UFC yarımağır çəki üzrə çempionu Camal Hill ilə keçmiş titul iddiaçısı Xalil Rauntri arasında olacaq.

Həmçinin iyunun 21-də 3 azərbaycanlı - Rafael Fiziyev, Nazim Sadıxov və Tofiq Musayev oktaqona çıxacaqlar.