Nazim Sadıxovun Bakıda keçiriləcək UFC döyüş gecəsindəki rəqibi rəsmən açıqlanıb. 

Offsideplus.az xəbər verir ki, daha öncə döyüşçümüzün rəqibi barədə məlumat vermişdik. Nazimin iyunun 21-də yüngül çəkidə braziliyalı Nikolas Motta ilə üz-üzə gələcəyi rəsmiləşib. 

Xatırladaq ki, gecənin əsas döyüşü Camahal Hill və Xalil Rountri arasında baş tutacaq. Son olaraq UFC313-də qüvvəsini sınamış Rafael Fiziyevin çilili İqnasio Bahomendes ilə qarşılaşması gözlənilir, lakin hələ ki rəsmi bəyanat edilməyib.