Azərbaycanlı idmançı Nazim Sadıxovun iyunun 21-də Bakıda keçiriləcək UFC Fight Night yarışında rəqibi müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, həmyerlimiz Braziliya təmsilçisi Nikolas Motta ilə qüvvəsini sınayacaq
32 yaşlı Motta indiyədək UFC-də 20 görüşə çıxıb, bunların 15-də qalib gəlib, 5 dəfə məğlubiyyət acısı dadıb.
Müqayisə üçün qeyd edək ki, N.Sadıxov UFC-də 11 döyüşün 10-da qələbə qazanıb. 30 yaşlı həmvətənimiz yalnız bir dəfə oktaqonu məğlubiyyətlə tərk edib.
Nazimlə yanaşı, Bakıda Rafael Fiziyev də doğma publika önünə çıxacaq. Onun rəqibi çilili İqnasio Bahomendes olacaq.
UFC hələlik idmançılarımızın rəqibini rəsmi təsdiqləməyib. Çox güman ki, hər iki döyüş yarışın əsas kartında yer alacaq.
Digər azərbaycanlı idmançı Tofiq Musayevin UFC-də debüt edib-etməyəcəyi məsələsi isə hələ də açıq qalır.