Keçmiş UFC-nin iki çəki dərəcəsində çempionu Henri Sehudo Usman Nurmaqomedovun müqavilə vəziyyəti barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, Sehudo bildirib ki, UFC Usmana yaxşı məbləğ təklif edə bilər, lakin PFL-in maliyyə baxımından daha sərfəli təklif vermək imkanı var. Onun sözlərinə görə, hər şey Nurmaqomedovun qərarından asılıdır: "O, çox əlverişli mövqedədir. Əgər mən onun yerində olsaydım, düşünərdim ki, əgər UFC-yə daha az məbləğə gedirəmsə, əvəzində dərhal titul döyüşü istəyərdim. Digər variant isə PFL-lə yeddi döyüşlük müqavilə imzalayıb, bütün həyatımı təmin etməkdir. Belə müqavilə ilə o, böyük məbləğdə pul qazanacaq. Dağıstanda bu pullar uzun müddət kifayət edər. Əgər Usman PFL-dən getsə, bu təşkilat üçün son olacaq. Bəli, məhz belədir", – deyə Sehudo vurğulayıb.
Qeyd edək ki, Usman Nurmaqomedov PFL-də son döyüşünü 1 avqust tarixində keçirib və birinci raundda Arçi Kolqanı nokaut edib.


